ETSN “Evdə qal” kampaniyasına videoçarxla qoşuldu

ETSN “Evdə qal” kampaniyasına videoçarxla qoşuldu
21:47 26 Mart 2020
58 Digər
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları (ETSN) “Evdə qal” kampaniyasına maraqlı videoçarxla qoşulublar.
“Report” xəbər verir ki, nazirliyin əməkdaşları tərəfindən hazırlanan videoçarxda vətəndaşlara özlərinin və yaxınlarının sağlamlıqlarının qorunması çağırışı edilir.
Videoçarxda vətəndaşlara “Həkimlərimiz şəfa verir, dövlətimiz güc verir, biz isə evdə qalaq, bir-birimizə dəstək olaq”, “Biz təbiəti qoruyuruq, siz isə özünüzü qoruyun”, “Həyat Tanrıdan, dəstək sizdən, evdə qalın ki, sabahlarınız sevdiklərinizlə açılsın”, “Enerji Günəşdən, iradə sizdən”, “Bu gün evdə qalın, evdə qalın ki, sabah yaxınlarınızla xoş havadan zövq ala biləsiniz”, - çağırışları edilir. 


Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/etsn-emekdaslari-evde-qal-kampaniyasina-videocarxla-qosuldu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR