Azərbaycan Premyer Liqası: Hər oyunda 1 008 tamaşaçı

Azərbaycan Premyer Liqası: Hər oyunda 1 008 tamaşaçı
00:27 27 Mart 2020
53 Digər
Ölkə mətbuatı
A- A+

Bu mövsüm futbol üzrə Azərbaycan Premyer Liqasında 20 turun 80 oyununu 80 min 630 tamaşaçı izləyib. 
"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşmalarda orta göstərici 1 008-ə bərabər olub. Çempionatın lideri “Qarabağ” bu göstəricidə də birincidir. Ağdam təmsilçisinin ən yaxın izləyicisi “Sabah”dır. “Neftçi” 3-cü pillədə qərarlaşıb. Premyer Liqanın autsayderi “Qəbələ” bu siyahıda da sonuncu sırada yer alıb.
Qeyd edək ki, ən çox tamaşaçı IV turun “Qarabağ” – “Neftçi” oyununda (2:0) olub – 7 000. III turun “Qəbələ” – “Keşlə” (0:4), X turun “Sabah” – “Keşlə” matçlarında isə antirekord qeydə alınıb – 150 nəfər.
1 Qarabağ 16600 10 1660 2 Sabah 11950 9 1328 3 Neftçi 14000 11 1273 4 Sumqayıt 11500 10 1150 5 Keşlə 8400 10 840 6 Zirə 7400 10 740 7 Səbail 6750 10 675 8 Qəbələ 4030 10 403 Cəmi 80630 80 1008


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-premyer-liqasi-her-oyunda-1-008-tamasaci

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR