Əfsanəvi stadion hospitala çevrilir - FOTO

Əfsanəvi stadion hospitala çevrilir - FOTO
01:18 27 Mart 2020
175 İdman
Ölkə mətbuatı
A- A+

Braziliyanın əfsanəvi stadionu “Marakana” səhra hospitalına çevriləcək.

Publika.az xəbər verir ki, koronavirusla bağlı görülən tədbirlər çərçivəsində arenanın hospitala çevrilməsi ilə bağlı qərar qəbul edilib.

Artıq bununla bağlı zəruri addımların atılmasına başlanılıb. “Marakana” Braziliyada qospital funksiyasını daşıyacaq yeganə arena olmayacaq.

“Korintians”, “San-Paulu”, “Botafoqo” və “Santos”un da arenaları koronavirusla mübarizə üçün fəaliyyət göstərəcək.

Braziliyada 1500-dən çox insan virusa tutulub. 25 nəfərin həyatını itirdiyi bildirilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/308860.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR