Tramp ABŞ-ın koronavirusa yoluxmada birinci yerə çıxmasını şərh edib

Tramp ABŞ-ın koronavirusa yoluxmada birinci yerə çıxmasını şərh edib
03:57 27 Mart 2020
95 Digər
Ölkə mətbuatı
A- A+

“Birləşmiş Ştatların koronavirusa yoluxma hallarının sayı üzrə dünyada birinci yerə çıxmasıyaxşı işləyən sistemlə izah olunur”.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp cümə axşamı Ağ Evdə keçirdiyi brifinqdə deyib.
ABŞ prezidentindən Birləşmiş Ştatların koronavirusa yoluxanların sayınagörə Çini ötməsi barədə son məlumatları şərh etməyi xahiş ediblər. “Düşünürəm ki, bu, bizim sınağı necə keçirməyimizləizah olunur. Biz inanılmaz sayda insanı yoxlayırıq", - ABŞ prezidenti bildirib.
"Əminəm ki, Çində kimi yoxlamalarını və kimi yoxlamadıqlarını demək mümkün deyil. Düşünürəm ki, bu, kifayət qədər çətindir", - Tramp iddia edib. "Heç kim bilmir ki, Çində hansı rəqəmlər mövcuddur", - ABŞ prezidenti deyib.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tramp-abs-in-koronavirusa-yoluxmada-birinci-yere-cixmasini-serh-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR