Angela Merkel ev karantinində işləməsindən danışıb

Angela Merkel ev karantinində işləməsindən danışıb
04:37 27 Mart 2020
74 Digər
Ölkə mətbuatı
A- A+

AFR kansleri Angela Merkel bildirib ki, ev karantininə baxmayaraq, videoəlaqə ilə işləməyə davam edir.
“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayılb.
Almaniya hökumətinin rəhbəri həmkarlarından ötrü darıxdığını deyib. O, bu haqda cümə axşamı Avropa Birliyi liderlərinin danışıqlarının nəticəsinə əsasən danışarkən bildirib.
Qeyd edək ki, görüş videokonfrans formatında keçirilib. Merkelin nitqini audioformatda Almaniya hökumətinin mətbuat xidməti yayımlayıb.
"Mənim xeyli işim var - videokonfranslar və ya telefon əlaqələri”, - Merkel deyib.
Kansler bildirib ki, o, insanları yaxından görmür və şəxsi əlaqəsi yoxdur.
Merkel onu peyvənd edən həkimdə koronavirus aşkarlandıqdan sonra ev karantininə yollanıb. AFR kansleri artıq iki dəfə koronavirus testindən keçib, hər iki testin nəticəsi mənfi olub.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/angela-merkel-ev-karantininde-islemesinden-danisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR