Tokionun qubernatoru yeni koronavirusa görə paytaxt sakinlərini istirahət günlərində evdə qalmağa çağırıb

Tokionun qubernatoru yeni koronavirusa görə paytaxt sakinlərini istirahət günlərində evdə qalmağa çağırıb
07:12 27 Mart 2020
122 Dünya
Ölkə mətbuatı
A- A+

Tokionun qubernatoru xanım Yuriko Koike paytaxt sakinlərinə müraciət edərək onları qarşıdakı istirahət günlərində evdə qalmağa çağırıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qubernator bu barədə çağırışla paytaxtda bir gündə yeni koronavirusa yoluxanların sayı 40 nəfəri keçdiyinə görə çıxış edib. Rəsmi mənbələrin bildirdiyinə görə, martın 25-də yeni koronavirusa yoluxanların sayı əvvəlki günlərlə müqayisədə iki dəfədən çox artıb.

Y.Koike jurnalistlərə deyib: "Biz hazırda böhran mərhələsindəyik. İstəyirik ki, sakinlər bunu başa düşsünlər və iş günlərində daha çox evdə çalışsınlar. Biz, həmçinin istəyirik ki, insanlar gecə saatlarında da küçələrə çıxmasınlar. Biz, eyni zamanda, insanların bu istirahət günlərində zərurət hiss etmədikləri təqdirdə evdən çıxmamalarını da istəyirik".

Qubernator əlavə edib ki, hazırda Yaponiya paytaxtı virusun kütləvi şəkildə yayılması təhlükəsi ilə üz-üzədir.

Xarici ölkələrdən gələnlərə müraciət edən Y.Koike onları 14 gün müddətində özünütəcrid şəraitində qalmaq qaydasına əməl etməyə çağırıb. Qeyd edib ki, son günlər qeydə alınan xəstələrin 5-i məhz xaricdən gələnlərdir.

Əlavə olaraq bildirək ki, son 3 gündə Tokioda virusa yoluxanların sayı rekord həddə çatıb. Bazar ertəsi 16, çərşənbə axşamı 17, çərşənbə günü isə 41 nəfərin virusa yoluxduğu bildirilir.

Son məlumatlara əsasən, Yaponiyada yeni koronavirusa yoluxanların sayı 1923 nəfərə çatıb. Bu xəstəliyə yoluxaraq dünyasını dəyişənlərin sayı isə 53 nəfər olub. Eyni zamanda, 891 nəfərin sağalaraq xəstəxanaları tərk etdiyi də bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/836698.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR