Ağsuda dezinfeksiya tədbirləri həyata keçirilib

Ağsuda dezinfeksiya tədbirləri həyata keçirilib
07:52 27 Mart 2020
56 Digər
Ölkə mətbuatı
A- A+

COVID-19 infeksiyasının qarşısının vaxtında alınması məqsədilə Ağsu rayonu ərazisində kompleks profilaktiki tədbirlər aparılıb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, coxmənzilli yaşayış binalarında və parklarda dezinfeksiya tədbirləri həyata keçirilib.
Bundan əlavə, 16 kənd icra nümayəndəlyinin inzibati binasında və bir sıra poçt filiallarında dezinfeksiya işləri görülüb. Rayon ərazisindəki parklar, yollar, məktəb binaları, iaşə obyektləri, yaşayış binaları dezinfeksiya olunub.
Sakinlər onların təhlükəsizliyi baxımından görülən işlərdən razılıqlarını bildiriblər. Dezinfeksya işləri Ağsu Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq koronavirus təhlükəsi aradan qalxana qədər davam etdiriləcək.


Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/agsuda-dezinfeksiya-tedbirleri-heyata-kecrilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR