İtaliya Avropa İttifaqının “COVID-19” yekun sənədini rədd etdi

İtaliya ilk dəfə videokonfrans formatında keçirilən koronavirus pandemiyasının (COVID-19) nəticələrini aradan qaldırmaq üçün iqtisadi tədbirlərin hazırlanmasına həsr olunmuş 27 Avropa İttifaqı liderinin görüşünün yekun sənəd layihəsini rədd edib.

Metbuat.az xəbər verir ki, İtaliyanın Baş naziri Cüzeppe Konte həmkarlarına Aİ-nin yaşadığı fövqəladə vəziyyətin aktuallığına adekvat həll tapması üçün 10 gün vaxt verib.

Baş nazir Avropa liderlərini hazırkı böhrandan çıxmaq üçün təkliflər hazırlamaq üçün Aİ-nin 5 dövlət və ya hökumət başçılarından ibarət qrup yaratmağa dəvət edib.

C.Konte Avropa rəhbərliyindəki həmkarlarına keçmişdə ayrı-ayrı ölkələr üçün hazırlanmış vasitələrin bu gün aktuallığını itirdiyini bildirib.

Mənbə.RİA NOVOSTİ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR