Azərbaycan XİN səfirliklər və diplomatik nümayəndəliklərə tapşırıqlar verib

Azərbaycan XİN səfirliklər və diplomatik nümayəndəliklərə tapşırıqlar verib
12:47 27 Mart 2020
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Xarici İşlər Nazirliyi bütün səfirliklər və diplomatik nümayəndəliklərə tapşırıqlar verib ki, bir-bir hamı ilə danışsın.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında Xarici işlər naziri Elmar Məmmədyarov deyib. O bildirib ki, vətəndaşlar köməklik etmək istəyirlərsə, imkan daxilində öz evlərində qalsınlar.

"Misal üçün, Türkiyədə və ya Ukraynada. Çünki onlar virus daşıyıcısı ola bilərlər. Ona görə də imkan daxilində bir-bir danışırıq ki, qoy olduqları yerdə qalsınlar. Çünki Azərbaycana gəlib karantində qalacaqlar. Ondan yaxşısı elə öz yaşadıqları yerlərdə qalsınlar", - E.Məmmədyarov vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/836838.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR