Çinə əcnəbilərin girişi qadağan edildi

Çinə əcnəbilərin girişi qadağan edildi
13:05 27 Mart 2020
147 Dünya
Ölkə mətbuatı
A- A+

Çin hökuməti xaricdən ölkəyə yeni növ koronavirus (COVID-19) infeksiyasının axınının qarşısını almaq üçün əcnəbilərin ölkəyə girişini müvəqqəti olaraq məhdudlaşdırmaq barədə qərar qəbul edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qərara əsasən, martın 28-dən etibarən qüvvədə olan vizası və yaşayış icazəsi olan bütün əcnəbilərin Çinə girişinə icazə verilməyəcək. Çin Xarici İşlər Nazirliyinin və Dövlət Miqrasiya Administrasiyasının birgə yaydığı məlumatda deyilir ki, vacib iqtisadi-ticari, elmi, habelə təcili humanitar səbəblər üçün Çinə səfər etmək istəyənlər Çinin xaricdəki səfirlik və konsulluqlarına viza üçün müraciət edə bilərlər.

Qeyd edək ki, son günlər Çinə xaricdən gələn sərnişinlər arasında COVID-19 infeksiyasına yoluxma hallarını çoxalması hökuməti sərhəd karantin tədbirlərini sərtləşdirməyə vadar edib. Ötən gün Çinə xaricdən gələnlər arasında 67 nəfərin virus daşıyıcısı olduğu aşkarlanıb. Ümumilikdə isə xaricdən gələn 541 nəfərin COVID-19 xəstəsi olduğu müəyyən edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/836840.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR