Misir KİV-ləri: Prezident İlham Əliyev Türkiyədə ən yüksək səviyyədə qəbul edilib

Misir KİV-ləri: Prezident İlham Əliyev Türkiyədə ən yüksək səviyyədə qəbul edilib
18:43 17 Yanvar 2015
101 Ölkə
Ölkə mətbuatı
A- A+


Qahirə, 17 yanvar, AzərTAc
Misirin “Əl Məsr əl youm” internet nəşrində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 15-də Türkiyəyə dövlət səfəri və Türkiyə Cümhuriyyəti Prezident Sarayında onun Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən ehtiramla qəbul edilməsi haqda məlumat yerləşdirilib.
Nəşrdə qeyd edilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi ən yüksək səviyyədə keçib. Azərbaycan Prezidenti İlham Əliyev süvarilər eskortunun müşayiəti ilə Türkiyə Prezident Sarayına gəlib. Prezident Sarayının qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul düzülüb.
Mərasimdə Türkiyə imperiyasının tarixinin müxtəlif dövrlərinin rəmzi olan tarixi Türkiyə dövlətlərinin hərbi formasını geyinmiş 16 türk əsgəri iştirak edib. Ərdoğan və Əliyev platformada yerlərini tutandan sonra Azərbaycanın dövlət başçısının şərəfinə 21 artilleriya yaylım atəşi açılıb. Sonra İlham Əliyev fəxri qarovulu salamlayıb, iki dövlət başçısı rəsmi şəkil çəkdiriblər.
Qeyd edilir ki, Azərbaycan Prezidentinin təntənəli qarşılanma mərasimində Türkiyə hökumətinin əsas nazirləri iştirak ediblər.
Bu haqda informasiyanın tam versiyası ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: http://www.almasryalyoum.com/news/details/630815
Asya Hacızadə
AzərTAc-ın xüsusi müxbiri
Qahirə

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Misir_KIV_leri_Prezident_Ilham_Aliyev_Turkiyede_en_yuksek_seviyyede_qebul_edilib-825566

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR