İtaliya ''Çinin sirrini'' tapdı: 5 il əvvəl Covid-19 belə hazırlandı - VİDEO

5 il əvvəl yayımlanan sənədli film Çini çətin vəziyyətə salacaq.

Metbuat.az xəbər verir ki, 2015-ci ildə İtaliyada nümayiş etdirilən sənədli filmdə Çinin Uhandakı laboratoriyada SARS virusu ilə bağlı gizli araşdırmalar apardığı ortaya çıxıb.

Həmin sənədli filmdə bu virusun tənəffüs yollarına birbaşa hücum etdiyi göstərilir. İtaliyada hal-hazırda ən çox müzakirə edilən mövzulardan biri koronavirusun yeni növü, COVİD-19 un laboratoriya şəraitində yaradılıb-yaradılmamasıdır.

İndiyə qədər alimlər koronavirusun təbii bir şəkildə mutasiya edildiyini və yarasadan başqa bir heyvana ötürülərək insanlara keçdiyini iddia edirdilər. Ancaq hal-hazırda vəziyyət başqa yöndədir. Xüsusilə epidemiyanın başlandığı Uhan şəhərində,virus araşdırma mərkəzində tədqiqat zamanı virusun sızma ehtimalı da dünyanı düşündürən suallardandır.

Elə bu məsələnin ardından Çin səlahiyyətliləri, SARS virusunun peyvəndinin araşdırıldığlı laboratiyasının əslində çox etibarlı olmadığını iddia etdilər.

İtaliyada dövlət televiziyasında nümayiş etdirilən köhnə sənədli film Covid-19-un Uhandakı laboratoriyada istehsal edildiyi iddialarını gücləndirdi. 2015-ci ildə İtalyan televiziya şousu ''Tgr Leonardo'' ilə yayımlanan sənədli filmdə Uhan Universiteti və Şimali Karolina Universiteti ilə birlikdə Çinli alimlərin yarasalar və siçanlardan ötürülən ağciyərlərə böyük zərər verən super virus üzərində çalışdıqlarını nümayiş etdirdi.

Sənədli filmdə Çin laboratoriyalarında hazırlanan yeni virus növü üçün bu fikirlər deyilib.

"Çinli bir qrup alim SARS virusu üçün yarasalardan aldıqları bir zülal ilə peyvənd hazırlayırlar. Beləliklə də SARS virusunun yeni bir növünü kəşf ediblər. Yeni tapılan bu virus birbaşa bir yarasa olmadan da insanlara keçə bilər''.

Sənədli filmdə o da qeyd edilir ki,həmin virus nəzarətsiz qalarsa bütün dünyaya yayıla bilər...

Mənbə.Haberler.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR