Bu avtobusların hərəkət cədvəli dəyişdi

Bu avtobusların hərəkət cədvəli dəyişdi
16:33 27 Mart 2020
160 Ölkə
Ölkə mətbuatı
A- A+

Koronavirus (COVİD-19) xəstəliyinin ölkməizdə yayılmasının qarşısının alınması məqsədi ilə bir çox yerli və beynəlxalq istiqamətlər üzrə uçuşlar dayandırıldığından hava limanı-28 May H1 ekspress marşrut xətti üzrə avtobusların hərəkət cədvəlində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, dəyişikliyə əsasən, H1 ekspress xətti üzrə sərnişindaşıma yalnız həftənin cümə axşamı günü bir ədəd avtobus olmaqla həyata keçiriləcək. Həmin gün ekspress xətt avtobusu ilə 28 May metrostaniyasından hava limanına saat 08:00, 10:30 və 16:30 olmaqla 3 gediş reallaşdırılacaq. Bu vaxtlar Bakı-Moskva, Bakı-Naxçıvan və Bakı-London reyslərinin uçuş cədvəlinə uyğun olaraq müəyyənləşdirilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neqliyyat/308927.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR