UNESCO öz yubileyi münasibətilə xatirə sikkələri buraxıb

UNESCO öz yubileyi münasibətilə xatirə sikkələri buraxıb
18:43 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 17 yanvar, AzərTAc
UNESCO yaranmasının 70 illiyinin bayram edilməsi münasibətilə yeni xatirə sikkələri kolleksiyasının buraxıldığını elan edib.
AzərTAc xəbər verir ki, kolleksiya dünyanın ən tanınan üç zərbxanası - Avstraliya Kral Zərbxanası, Kanada Kral Zərbxanası və Paris Zərbxanası tərəfindən yerinə yetirilib.
Bu sikkələri 2015-ci ilin fevralından etibarən üç zərbxananın hər birindən tək-tək, yaxud dəst şəklində almaq olar.
Sikkələrdə Avstraliyanın Böyük Sədd Rifi, Kanadanın Qayalı dağları, Yaponiyanın Fudzi dağı, Fransanın Əlillər evi və Böyük Sarayı həkk olunub.
Qızıl və gümüşdən hazırlanan sikkələr kolleksiyası UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş bu obyektlərin təbii gözəlliyi ilə bərabər, onların hər birinin universal dəyərini əks etdirir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR