Kommunal ödənişlərlə bağlı sevindirici xəbər - Millət vəkili AÇIQLADI

"Düşünürəm ki, yaxın günlərdə Nazirlər Kabineti və İşçi qrupları əhaliyə kommunal xidmətlərlə bağlı güzəştlər tətbiq edəcək".

Metbuat.az xəbər verir ki, bunu ATV Qərargah verilişinə qonaq olan millət vəkili Vüqar Bayramov deyib.

Millət vəkilinin sözlərinə görə Nazirlər Kabinetinə karantin rejimi ilə bağlı təklif edib ki, kommunal xidmətlərdən istifadədə güzüşət limiti artırılsın.

"Güzəşt limiti artırıldıqda əhalinin ödənişin məbləği də azalacaq və eyni zamanda kommunal xidmətlər təqdim edən qurumlar ödənişləri yığmağa davam edəcəklər ki, bu da indiki məqamda vacib amillərdən biridir", - deyə Vüqar Bayramov bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR