Gürcüstanda koronavirusdan sağalanların sayı artdı

Gürcüstanda koronavirusdan sağalanların sayı artdı
20:32 27 Mart 2020
127 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanda koronavirus diaqnozu qoyulan daha bir pasiyent sağalıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya bildirib.
O deyib ki, bununla da koronavirusdan sağalanların sayı 14-ə çatıb.
Tibbi direktor qeyd edib ki, həmin şəxs artıq klinikanı tərk edib və iki həftə ərzində təcriddə qalacaq.
Qeyd edək ki, bu günə qədər qonşu ölkədə koronavirusa 81 yoluxma halı təsdiqlənib. Hazırda karantində 4 505, stasionar nəzarətdə isə 247 nəfər saxlanılır. Aktiv COVID – 19 infeksiyası daşıyıcılarının sayı 67 nəfər təşkil edir.

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanda-koronavirusdan-sagalanlarin-sayi-artdii

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR