Modeldən izləyicilərinə: "Kim mənimlə karantində qalmaq və 3 ay əylənmək istəyir?" -

Rusiyada keçirilən 2018 Dünya Kubokunda diqqət çəkən və geyindiyi paltar ilə turnirin ən cazibədar azərkeşi seçilən model Maria Liman sosial mediadan çox maraqlı bir təklif edib.

Metbuat.az xəbər verir ki, Dünya Kubokundan sonra Londona köçən Liman, bütün dünyaya yayılan koronavirus səbəbiylə evdən kənara çıxmadığını və karantində onu müşayiət edəcək bir ev yoldaşı axtardığını söyləyib.

"Koronavirus infeksiyası olmayan bir nəfər ev ortağı axtarıram. Son 3 ay təcrid olunmaq və əylənmək üçün. Cəsarətli və yaraşıqlı bir insan olmağı üstün tuturam" deyə model əlavə edib.

Maria Limanın bu paylaşımı sosial mediadakı təqibçilərinin böyük marağına səbəb olub.










Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR