Həyəcan: Yeni virus sürətlə yayılır - 176 nəfər öldü

Koronavirusun dünyanı təsirinə aldığı bir vaxtda yeni epidemiya yayılır.

Metbuat.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Nigeriyada “Lassa” epidemiyasından ölənlərin sayı 176 nəfərə çatıb. 932 nəfər virusa yoluxub. Məlumata görə, hələlik virusun qarşısını almaq üçün dərman tapmaq mümkün olmayıb. Virus Nigeriyanın 29 vilayətinə yayılıb.

Qeyd edək ki, Mali, Qana, Liberiya kimi ölkələrdə rast gəlinən virus ilk dəfə 1969-cu ildə Nigeriyanın Borno əyalətində ortaya çıxıb. Virus heyvandan insanlara keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR