Mağazalarda ən çox dezinfeksiya olunmalı sahələr açıqlandı

Mağazalarda ən çox dezinfeksiya olunmalı sahələr açıqlandı
23:47 27 Mart 2020
258 Ölkə
Ölkə mətbuatı
A- A+

Ərzaq mağazalarında (topdan və pərakəndə satış obyekti, bazar, yarmarka və s.) spirt tərkibli məhlul və ya digər maddələrlə dezinfeksiya edilməsi vacib olan sahələr açıqlanıb.

Milli.Az bildirir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə verilən məlumata görə, bu sahələr aşağıdakılardır:

✅ Qapı və qapı tutacaqları
✅ İstehlakçıların şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolablar və tutacaqları
✅ Ödəniş terminalları
✅ Kassada yerləşən konveyerlər
✅ Məhsulların saxlandığı rəf, stellaj, daşındığı araba və səbətlər
✅ Çoxmərtəbəli müəssisələrdə eskalatorlar və tutacaqları, liftlər
✅ Soyuducuların tutacaqları
✅ Tullantı qabları

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/837015.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR