17 yaşlı gənc tərəfindən qurulan Koronavirus saytını 40 milyon insan ziyarət edib

17 yaşlı gənc tərəfindən qurulan Koronavirus saytını 40 milyon insan ziyarət edib
08:52 28 Mart 2020
116 Maraqlı
Ölkə mətbuatı
A- A+

Koronavirus ilə bağlı məlumatların yayımlandığı, milyonlarla ziyarətçisi olan bir saytın arxasında 17 yaşlı Avi Schiffmann dayanır. Schiffmannın saytında dünyadakı koronavirusa yoluxan insanların sayı, ölən və sağalan insanların məlumatları da göstərilir.

Sayt hələ Koronavirus Çin sərhədlərini aşmazdan öncə yaradılıb. nCoV2019live saytı qurulduqdan bu yana 40 milyon insan tərəfindən ziyarət edildi.

Saytın 17 yaşlı qurucusu saytı yaradan zaman Çinin Wuhan şəhərində 1000 xəstənin olduğunu qeyd edib.

Sayt məlumatları Ümumdünya Səhiyyə Təşkilatı və digər önəmli qurumların datalarından əldə edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/836737.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR