İspaniya çempionatının bərpası üçün 3 variant nəzərdən keçirilir

İspaniya çempionatının bərpası üçün 3 variant nəzərdən keçirilir
09:42 28 Mart 2020
73 Digər
Ölkə mətbuatı
A- A+

İspaniya Futbolçular Assosiasiyası və ölkə çempionatını keçirən qurum mövsümü bərpa etməkdə qərarlıdır. 
"Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, məsələnin həlli üçün 3 variant nəzərdən keçirilir. Hadisələrin ən yaxşı inkişafı təqdirində çempionat mayın ortalarında oynanılmağa davam edəcək və iyulda yekunlaşacaq. 
İkinci variant mövsümün yayda davam etdirilməsi və avqust-sentyabrda başa çatdırılmasıdır.
Koronavirus pandemiyası operativ aradan qaldırılmasa, çempionat sentyabrda bərpa oluna bilər. Bu zaman növbəti mövsümü yeni tarixlərə keçirmək lazım gələcək. 
Çempionatlar martın 12-də dayandırılıb. 
Hazırda İspaniyada 64 mindən çox koronavirus xəstəsi qeydə alınıb. Onlardan 4858 nəfəri dünyasını dəyişib. Ölkədə gücləndirilmiş rejim hökm sürür. Bu, sakinlərin ölkə daxilində, vacib hallar olmasa, yerdəyişmələrinə məhdudiyyətləri nəzərdə tutur.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-spaniya-cempionatinin-berpasi-ucun-3-variant

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR