.

Premyer Liqa aprelin 30-dan tez başlamayacaq

Premyer Liqa aprelin 30-dan tez başlamayacaq
10:17 28 Mart 2020
122 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Premyer Liqasında mövsümün bərpası aprelin 30-dan tez mümkün olmayacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.
 
İngiltərə Futbol Liqası (EFL) və Peşəkar Futbolçular Assosiasiyası (PFA) rəhbərlikləri birgə bu qəarı veriblər. Oyunlar yalnız təhlükəsiz şəraitin olduğu halda keçiriləcək.
 
Qeyd edək ki, 29-cu turda dayanan Premyer Liqaya 82 xalla "Liverpul" başçılıq edir. "Qırmızılar" ən yaxın izləyicisi olan "Mançester Siti"ni 25 xal qabaqlayır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/837051.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR