Azərbaycanda yüksək vəzifələrə YENİ TƏYİNATLAR

Azərbaycanda yüksək vəzifələrə YENİ TƏYİNATLAR
10:28 28 Mart 2020
114 Digər
Ölkə mətbuatı
A- A+

Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar nazirinə yeni müavin təyin edilib.

Bununla bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncama əsasən, bu vəzifəyə Həbib Məzahir oğlu Novruzov təyin edilib.

V.Talıbovun digər sərəncamı ilə Çapay Qadir oğlu Quliyev Naxçıvan Müəllimlər İnstitutunun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru təyin olunub.

Ali Məclis sədrinin imzaladığı daha bir sərəncamla isə Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Cavid Ələşrəf oğlu Məmmədov vəzifəsindən azad edilib. (report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/308985.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR