Həkimlərdən Kloppu ağladan təsirli səhnə - VİDEO

Həkimlərdən Kloppu ağladan təsirli səhnə - VİDEO
10:42 28 Mart 2020
173 İdman
Ölkə mətbuatı
A- A+

Rotterdamdakı xəstəxanardan birinin intensiv terapiya şöbəsində təsirli anlar yaşanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, koronivirusla mübarizə aparan xəstəxananın həkimləri və işçiləri "Liverpul"un himni hesab olunan və adı ilə assosiasiya edilən You'll Never Walk Alone mahnısını ifa ediblər.

Bununla bağlı İnternetdə yayılan videoya komandanın baş məşqçisi Yurgen Klopp reaksiya verib. Klubun saytına açıqlamasında o, həkimlərin bu addımından təsirləndiyini söyləyib. 

"Dünən bu videonu göndərdilər. Bu, inanılmaz idi. O dəqiqə ağladım. Bütün bunlar onu göstərir ki, xəstəxanada çalışanlar təkcə orada məcbur işləmirlər, həm də işlərinə yüksək əhval-ruhiyyə ilə yanaşırlar. Bu adamlar həyatlarını təhlükəyə ataraq ciddi xəstəliklə mübarizə aparan insanlara kömək edirlər. Mən onların fədakarlığı ilə bağlı fikirlərimi sözlə ifadə edə bilmirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/837058.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR