Bakıda “KamAZ”la minik avtomobili toqquşdu,: 2 ölü, 3 yaralı

Bakıda “KamAZ”la minik avtomobili toqquşdu,: 2 ölü, 3 yaralı
10:58 28 Mart 2020
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Publika.az-a verilən məlumata görə, Nizami rayonunda “Mercedes” markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 4 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

"Report"un xəbərinə görə, Nizami rayonunda “Mercedes” markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobilinin toqquşması nəticəsində 2 nəfər hadisə yerində dünyasını dəyişib, 3 nəfər isə yaralanıb.

Qəza nəticəsində 1961-ci il təvəllüdlü Zeynalov Bəhruz Əli oğlu, 1979-cu il təvəllüdlü Qurbanov Qurban Rafiq oğlu və 1962-ci il təvəllüdlü Rzayeva Zahirə Əlimərdan qızı ağır xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

B.Zeynalova bədənin küt travması, Q.Qurbanova baş-beyin silkələnməsi, üz nahiyəsinin yaralanması və Z.Rzayevaya isə burnun travması, baş-beyin silkələnməsi, bədənin küt travması diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/308989.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR