Dənizçilər də #evdəqal aksiyasına qoşuldu

Dənizçilər də #evdəqal aksiyasına qoşuldu
13:23 28 Mart 2020
222 Ölkə
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin koronavirusla bağlı başladığı #evdəqal aksiyasına qoşulublar.

Publika.az xəbər verir ki, aksiyaya ASCO-nun bütün strukturlarından dəstək gəlib.

Dəniz Nəqliyyatı Donanmasının həm Xəzərdə, həm də beynəlxalq sularda üzən dənizçiləri çəkib göndərdikləri videolarda “Yükdaşımların fasiləsizliyi üçün gecə-gündüz çalışırıq. Siz də çalışın, bizim üçün evdə qalın” fikrini səsləndiriblər. ( https://www.facebook.com/ASCO.Azerbaijan.Official/videos/596856684235020/)

Xəzər Dəniz Neft Donanmasının gəmiçiləri isə “Neftçi qardaşlarımızla birgə dənizdə neft-qaz hasilatının sabit saxlanılması üçün çalışırıq. Siz də çalışın sağlamlığınız və təhlükəsizliyiniz üçün evdə qalın” deyə çağırış ediblər. ( https://www.facebook.com/ASCO.Azerbaijan.Official/videos/1091198197904843/ )

Aksiyaya Azərbaycan Dövlət Dəniz Akademiyasının həm evdə, həm də istehsalat təcrübəsində olan tələbələri də qoşulublar. Onlar özünəməxsus şəkildə video çəkərək vətəndaşları evdə qalmağa dəvət ediblər. ( https://www.facebook.com/ASCO.Azerbaijan.Official/videos/666683180755420/ )

Bununla belə, dənizçilər “Biz gəmidə qaldıq, siz evdə qalın” şüarı yazılmış plakatlar açıblar.

Qeyd edək ki, #evdəqal aksiyasının məqsədi əhalinin diqqətini Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə tətbiq edilən sosial izolyasiya qaydalarına yönəltmək, insanları zəruriyyət olmadığı halda evdən çıxmamağa səsləməkdir.

Bir daha dənizçilər olaraq hər kəsi evdə qal çağırışına əməl etməklə koronavirusa yoluxma riskini azaltmağa çağırırıq.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/308995.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR