Gənclər Fondu Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

Gənclər Fondu Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi
13:47 28 Mart 2020
83 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Gənclər Fondu aparatının və Fondun nəzdindəki “Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin əməkdaşları bir aylıq əmək haqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər.
Bu barədə "Report"a Gənclər Fondunun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, dünyada sürətlə yayılmaqda olan yeni növ COVİD-19 virusunun Azərbaycan üçün yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə dövlət başçısının göstərişi ilə həyata keçirilən təxirəsalınmaz tədbirlər çərçivəsində Gənclər Fondu da virtual platformalar və sosial şəbəkələr vasitəsilə mütəmadi olaraq gənclərin maarifləndirilməsi, mövcud karantin şəraitində onların asudə vaxtının səmərəli təşkili, o cümlədən gənclərin fərdi inkişafı üçün intelektual, əyləncəli və faydalı kontentin təqdim olunması məqsədilə tədbirləri davam etdirir. 
Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin Fərmanı ilə yaradılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/gencler-fondu-koronavirusla-mubarizeye-destek-fonduna-iane-etdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR