“Azərenerji” strateji əhəmiyyətli müəssisələrində qabaqlayıcı tədbirlər görür

“Azərenerji” strateji əhəmiyyətli müəssisələrində qabaqlayıcı tədbirlər görür
13:57 28 Mart 2020
149 Digər
Ölkə mətbuatı
A- A+

24 saat fəaliyyət göstərən "Azərenerji” ASC tabeliyindəki müəssisələrdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirir.
“Report” xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir. 
Məlumatda həmçinin deyilir ki, elektrik enerji sistemi həyat təminatlı mühüm əhəmiyyətli obyektlər kateqoriyasına aid olduğundan və bu spesifik sahə sayıldığından, mütəxəssislərin, mühəndislərin, sistem oparatorları və digər işçilərin səhhətinin qorunması olduqca vacibdir. Bu məqsədlə səhmdar cəmiyyətin bütün elektrik stansiyaları, yarımstansiyaları, regional elektrik şəbəkələrində və digər obyektlərində koronavirusun yarada biləcəyi təhlükənin qarşısını almaq üçün bütün zəruri tədbirlər həyata keçirilir.
Bundan əlavə, koronavirusla bağlı təbliğat-təşviqat və məlumatlandırma işlərinin gücləndirilməsi məqsədi ilə Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələri əsasında ciddi maarifləndirmə işi aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerenerji-qabaqlayici-tedbirler-gorur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR