Atadan əlil oğluna qarşı dəhşətli əməl: baltayla...

Atadan əlil oğluna qarşı dəhşətli əməl: baltayla...
14:22 28 Mart 2020
212 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə ata fiziki məhdudiyyətli oğlunu amansızlıqla qətlə yetirib.

Milli.Az xəbər verir ki, Ankaranın Keçiören məhəlləsində Osman D. adlı şəxs əlil oğlu Receb D-nı baltalayaraq amansızlıqla öldürüb.

Belə ki, ata evin yataq otağında balta il oğlunun başına zərbələr endirərək onu qətlə yetirib.

Osman D. ilkin ifadəsində bildirib ki, oğlu son illər çox aqressiv olub: "2 il idi həblərini qəbul etmirdi və çox aqressiv idi. Məndən daim pul tələb edirdi. Sonuncu dəfə də pul istəyəndə mübahisə baş verdi və ağır söyüşlər işlətdi. Əsəbi şəkildə yataq otağından baltanı götürüb onu arxadan vurmaq istədim. Bu zaman mənə tərəf döndü və balta alnına dəydi".

Oğlunu qətlə yetirən ata törətdiyi əmələ görə peşman olduğunu deyib./Publika.az

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/837105.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR