ABŞ Prezidenti Barak Obama İrana qarşı sanksiyalara veto qoyacaq

ABŞ Prezidenti Barak Obama İrana qarşı sanksiyalara veto qoyacaq
18:48 17 Yanvar 2015
123 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 17 yanvar, AzərTAc
ABŞ Prezidenti Barak Obama İrana qarşı sanksiyalara dair qanun layihəsinin Konqres tərəfindən qəbul ediləcəyi təqdirdə ona veto qoyacağını bildirib. Bu barədə Amerika administrasiyasının başçısı Böyük Britaniyanın Baş naziri Devid Kameron ilə birgə keçirdiyi mətbuat konfransında məlumat verib.
AzərTAc TASS informasiya agentliyinə istinadla xəbər verir ki, öz niyyəti barədə demokrat senatorları məlumatlandırdığını deyən Barak Obama Konqresi təmkinli olmağa və hazırda İranla “altılıq” ölkələri (BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya) arasında davam edən danışıqların sonunu gözləməyə çağırıb. O, konqresi inandırmağa nail olmasa, xalqa müraciət edəcəyini vurğulayıb.
ABŞ Prezidenti daha sonra deyib: “İran rejimi ABŞ-a və Qərbə şübhə ilə baxır. Əgər bizim İranın nüvə silahı hazırlamadığı barədə yoxlanılmış əminliyimiz üçün diplomatik razılıq imkanımız qalırsa, bu, hazırda əldə edə biləcəyimiz ən yaxşı nəticə ola bilər”.
İranla hazırkı danışıqların baş tutmayacağı təqdirdə belə, problemin həmin andan hərbi müstəviyə adlayacağı anlamına gəlmədiyini qeyd edən Barak Obama, bu halda məqsədə nail olmaq üçün başqa variantları nəzərdən keçirməyin lazım gələcəyini bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR