Bakıda karantin rejiminə əməl etməyənlər

Bakı şəhər Baş Polis İdarəsi şəhər sakinlərini xüsusi karantin rejim qaydalarına əməl etməyə çağırıb. İdarədən bildirilib ki, qaydalara əməl etməyən şəxslər inzibati məsuliyyətə cəlb olunur.

"Ölkənin müxtəlif yerlərində postlar qoyulub, lakin buna baxmayaraq bəzi vətəndaşlarımız həm öz, həm də xidmət edən polis əməkdaşlarının həyatını riskə ataraq, tələb olunan karantin rejiminin qaydalarını pozurlar".

Metbuat.az xəbər verir ki,bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən keçirilən iclasında bildirib.

O deyib ki, bununla bağlı 746 nəfərə inzibati xəbərdarlıq edilib, digər tədbirlər görülüb: "Bir nəfərə isə cinayət işinin qaldırılması istiqamətində işlər aparılır. Bakıya gəlişin məhdudlaşdırılmasına baxmayaraq, vətəndaşlar postlara qədər həm maşınla, həm də maşınsız gəlib, sonra da paytaxta girməyə cəhd edirlər. Belə şəxslərin 99 nəfəri konkret müəyyən olunub, barələrində müvafiq tədbirlər görülüb".

Sputnik Azərbaycan karantin rejiminə necə riayət olunduğunu əks etdirən kadrları çəkib.Həmin fotoları təqdim edirik.





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR