“PAŞA Bank”ın Türkiyədəki törəməsi ötən ili mənfəətlə başa vurub

“PAŞA Bank”ın Türkiyədəki törəməsi ötən ili mənfəətlə başa vurub
14:47 28 Mart 2020
80 Digər
Ölkə mətbuatı
A- A+

“PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası” 2019-cu ili 25,691 milyon lirə (6,68 milyon manat) xalis mənfəətlə başa vurub. Halbuki, Bank 2018-ci ildən 3,563 milyon lirə (0,926 milyon manat) xalis zərərlə çıxmışdı.
“Report” xəbər verir ki, ötən il “PAŞA Yatırım Bankası”nın faiz gəlirləri 140,925 milyon lirə (36,641 milyon manat, əvvəlki ilə nisbətən 13,3% çox), faiz xərcləri 43,865 milyon lirə (11,405 milyon manat, 2,25% az), haqq və komissiya gəlirləri 4,017 milyon lirə (1,044 milyon manat, 26,8% çox), qiymətli kağızların alqı-satqısından zərəri 3,284 milyon lirə (0,854 milyon manat, 3,25 dəfə çox), inzibati xərcləri 16,063 milyon lirə (4,176 milyon manat, 16,9% çox), digər gəlirləri 5,757 milyon lirə (1,497 milyon manat, 6,7 dəfə çox), digər xərcləri 15,528 milyon lirə (4,037 milyon manat, 71,95% az), xüsusi ehtiyatlara ayırmaları 38,99 milyon lirə (10,137 milyon manat, 2,2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 7,278 milyon lirə (1,892 milyon manat, əvvəlki ilə qənaət edib) təşkil edib.
Bu il yanvarın 1-nə “PAŞA Yatırım Bankası”nın aktivləri 1 725,503 milyon lirə (448,631 milyon manat) olub ki, bu da illik müqayisədə 27,9% çoxdur. Bunun 1 060,535 milyon lirəsi (275,739 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə Bankın kredit portfeli 25,9% böyüyüb.
Hesabat dövründə “PAŞA Yatırım Bankası”nın öhdəlikləri 41,5% artaraq 1 193,893 milyon lirəyə (310,412 milyon manat), balans kapitalı isə 5,1% artaraq 531,61 milyon lirəyə (138,219 milyon manat) çatıb.
Xatırladaq ki, "PAŞA Yatırım Bankası" 2015-ci ildə "PAŞA Bank"ın Türkiyənin "Aksoy Holdinq"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon lirədir (130 milyon manat). Bankın səhmlərinin 50,96%-i “PAŞA Bank”a, 49%-i Bankın daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 0,04%-i isə “Aksoy Holdinq”ə məxsusdur. 
1 lirə = 0,26 manat


Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/pasa-bank-in-turkiyedeki-toremesi-oten-ili-menfeetle-basa-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR