Türkiyədə 15 polis koronavirusa yoluxdu

Türkiyədə 15 polis koronavirusa yoluxdu
14:57 28 Mart 2020
148 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiydə 15 polis koronavirusa yoluxub. Türkiyə mətbuatının yazdığına görə arasında 2 polis rəisi olmaqla 15 polisdə koronavirus aşkar edilib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, virus aşkarlanan polislərin 10-nun İstanbulda, digərlərinin isə Sakarya, İzmir, Samsun və Rizedə xidmət etdiyi məlum olub.

Beləliklə də ölkədə təhlükəsizliyi təmin etmək üçün 24 saat çalışan polis təşkilatı da koronavirusun hədəfi olub.

Qeyd edək ki, bu günə qədər Türkiyədə 5 698 nəfər koronavirusa yoluxub ki, onların da 92 nəfəri dünyasını dəyişib. Türkiyə hakimiyyəti koronavirus pandemiyası səbəbindən ölkədə fövqəladə vəziyyətin tətbiq olunacağını istisna etmir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/837177.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR