Dustaqlar təcridxanaya narkotik keçirmək istədilər - FOTO

Dustaqlar təcridxanaya narkotik keçirmək istədilər - FOTO
15:17 28 Mart 2020
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik və psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Milli.Az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Savalanov Nicat Vilayət oğlu 2 saylı İstintaq təcridxanasına qəbul edilərkən üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman 1,250 qram psixotrop maddə "metamfetamin" və 0,047 qram narkotik vasitə "heroin" aşkar edilərək götürülüb.

Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Talıbov Elnur Qaçay oğlu 2 saylı İstintaq təcridxanasına qəbul edilərkən üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman 2,457 qram psixotrop maddə "metamfetamin" aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/837124.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR