Ronaldu maaşının azaldılmasına razılaşdı

Ronaldu maaşının azaldılmasına razılaşdı
15:27 28 Mart 2020
71 Digər
Ölkə mətbuatı
A- A+

İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu koronavirusla mübarizə məqsədilə məvacibinin azaldılmasına razılaşıb.
"Report" "Tuttosport" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı hücumçu hazırkı maaşından 4 milyon avro az qazanacaq.
35 yaşlı forvardla yanaşı, Turin klubunun digər futbolçuları Canluici Buffon, Leonardo Bonuççi və Corcio Kyellini də eyni addımı atıblar.
Qeyd edək ki, Kriştianu Ronaldu 2018-ci ilin yayında İspaniya "Real Madrid"indən "Yuventus"a transfer olunub.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/kristianu-ronaldu-maasinin-azaldilmasina-razilasdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR