Dibala və sevgilisi koronavirusa yoluxmaqlarından danışdı - FOTO

Dibala və sevgilisi koronavirusa yoluxmaqlarından danışdı - FOTO
15:37 28 Mart 2020
111 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus"un argentinalı ulduzu Paulo Dibala və sevgilisi Oriana Sabatini koronavirusa necə yoluxduqları barədə danışıblar.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yarımmüdafiəçi və sevgilisi, həmçinin son durumları haqqında məlumat veriblər. 

Dibala koronavirusa ilk yoluxduğu vaxt nəfəs almaqda çətinlik çəkdiyini bildirib: "Ilk hiss etdiyim zaman 5 dəqiqə içərisində yorulurdum. Nəfəs almaqda çox çətinlik çəkdim. Xəstəliyin simptomların çox hiss etdim. Əzələlərim ağrayırdı. İndi daha yaxşıyam və hər şey qaydasındadır. Sevgilim Oriana da özünü normal hiss edir".

Oriana Sabatini isə yaşadıqlarını belə izah edib: "İndi çox yaxşıyam. 2-3 gün öncə özümü çox pis hiss edirdim. Bizə sadəcə istirahət etmək gərəkdiyini söylədilər və vitaminlər verdilər. Xəstəlik əvvəlcə qrip kimi gəlir. Sonra bütün bədəninizdə ağrı hiss edirsiniz. Bir neçə dəfə ölçdüm amma temperaturumun yüksək deyildi. Əvvəlcə, ciyərlərimdən qəribə səslər duydum. Sonra isə Paulo özün eyni şəkildə hiss etdiyini söylədi. Normal qrip kimi başladı, lakin sonu bura gəldi. 9 gün boyunca karantində qaldıq və 31 martda təkrar test ediləcəyik".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/837119.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR