İspaniyada son sutkada koronavirusdan 832 nəfər ölüb

İspaniyada son sutkada koronavirusdan 832 nəfər ölüb
15:42 28 Mart 2020
153 Dünya
Ölkə mətbuatı
A- A+

İspaniyada son 24 saat ərzində yeni koronavirusdan (COVID-19) 832 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Ölənlərin ümumi sayı 5690 nəfərə çatıb.  

Son sutka ərzində 8190 yeni yoluxma qeydə alınıb, koronavirus diaqnozu qoyulanların ümumi sayı 72 248-ə çatıb. Onlardan 4,5 min nəfərinin vəziyyəti ağırdır, 12,3 min nəfər sağalıb.

Ən ağır vəziyyət Madrid bölgəsindədir. Burada 21,5 min yoluxma, 2,8 min ölüm qeydə alınıb. Koronavirusa yoluxma və ölüm sayına görə İspaniya İtaliyadan sonra Avropada ikinci yerdədir.  

Martın 14-dən aprelin 11-dək İspaniyada yüksək hazırlıq rejimi tətbiq olunub, insanların hərəkəti məhdudlaşdırılıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/837188.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR