Penitensiar Xidmətdən dustaqların kəskin qızdırma, baş ağrısı və ürəkbulanmadan əziyyət çəkməsi xəbərinə reaksiya

Penitensiar Xidmətdən dustaqların kəskin qızdırma, baş ağrısı və ürəkbulanmadan əziyyət çəkməsi xəbərinə reaksiya
16:12 28 Mart 2020
173 Ölkə
Ölkə mətbuatı
A- A+

Penitensiar Xidmət penitensiar müəssisələrdə yüzlərlə dustağın kəskin qızdırma, baş ağrısı və ürəkbulanma ilə müşayiət olunan xəstəlikdən əziyyət çəkməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

Milli.Az xəbər verir ki, Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: "Bunlar tamamilə yalan məlumatlardır. Penitensiar müəssisələrdə əvvəllər də bildirdiyimiz kimi, kompleks profilaktik-maarifləndirici tədbirlər həyata keçiririk. Bir sözlə, biz müəsissələrdə bütün tədbirləri davam etdiririk".

Qeyd edək ki, sosial şəbəkələrdə 6 saylı Cəzaçəkmə Müəssisəsində yüzlərlə dustağın kəskin qızdırma, baş ağrısı və ürəkbulanma ilə müşayiət olunan xəstəlikdən əziyyət çəkməsi ilə bağlı xəbərlər yayılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/837199.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR