Millimizin sabiq futbolçusu Moldova klubunda

Millimizin sabiq futbolçusu Moldova klubunda
16:12 28 Mart 2020
90 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın 21 yaşlılardan ibarət yığmasının və "Sumqayıt"ın sabiq futbolçusu Dmitri Nağıyev Moldovanın "Dinamo-Avto" klubuna keçib.
"Report"un məlumatına görə, bu barədə Tiraspol təmsilçisinin rəsmi saytı xəbər yayıb.
Bildirilib ki, 24 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ukrayna vətəndaşlığı da olan D.Nağıyevin son klubu Litva "Stumbras"ı olub. Futbolçu 2018-ci ildə "Sumqayıt"ın formasını geyinib. "Dinamo-Avto"da daha əvvəl "Bakı" klubunun yetirməsi Nurlan Novruzov da çıxış edib.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/millimizin-sabiq-futbolcusu-moldova-klubunda

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR