Koronavirusun başladığı Uhanda metro açıldı

Koronavirusun başladığı Uhanda metro açıldı
16:28 28 Mart 2020
110 Digər
Ölkə mətbuatı
A- A+

Bütün dünyada təsirini davam etdirən yeni növ koronavirusun (Covid-19) başladığı Çinin Uhan şəhərində metronun qismən aktivləşdirildiyi bildirilib.

Publika.az xəbər verir ki, bunla bağlı şəhər rəhbərliyi açıqlama yayıb.

Martın 28-i saat 06:30-dan etibarən metro 2 aydan sonra yenidən açılıb. Metro həftə içi 06:00-dan 23:00-a qədər, həftə sonları 06:30-dan 23:00-a qədər işləyəcək.

Qeyd edək ki, Uhan əyaləti yanvarın 23-dən izolyasiya vəziyətindədir, karantin rejiminə aprelin 8-də son vermək planlaşdırılır.

Tağı Həsənov


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/309018.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR