.

Təhsil Nazirliyində vətəndaş qəbulu aprelin 20-dək dayandırılır

Təhsil Nazirliyində vətəndaş qəbulu aprelin 20-dək dayandırılır
16:37 28 Mart 2020
117 Digər
Ölkə mətbuatı
A- A+
.

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarları nəzərə alınaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il aprel ayının 20-dək fəaliyyətini dayandırır.
Bu barədə "Report"a Nazirlikdən məlumat verilib. 
Təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar həmçinin Nazirliyin rəsmi [email protected] elektron poçt ünvanına müraciət edə və elektron resurslarında təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər.
Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/tehsil-nazirliyinde-vetendas-qebulu-aprelin-20-dek-dayandirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR