Ermənistanda koronavirusla bağlı karantini pozduğuna görə 2 minə yaxın şəxs cəzalandırılıb

Ermənistanda koronavirusla bağlı karantini pozduğuna görə 2 minə yaxın şəxs cəzalandırılıb
16:47 28 Mart 2020
230 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan polisi koronavirus infeksiyasının yayılması səbəbi ilə elan edilən karantin rejiminin pozulmasına görə 1 889 nəfəri inzibati məsuliyyətə cəlb edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, respublikanın polis rəisinin müavini Ayk Mqryan məlumat verib.
"Karantin qərarının qüvvəyə mindiyi 25 mart tarixindən bəri özünü təcridetmə qaydalarını pozduğuna görə 1 889 vətəndaş inzibati məsuliyyətə cəlb edilib. Eyni zamanda bu dövrdə icazə veriləndən daha çox sərnişin daşıdığına görə 48 sürücü də inzibati məsuliyyətə cəlb edilib. Cərimənin orta məbləği 100 min dramdır (təxminən 200 ABŞ dolları)”, - A.Mqryan jurnalistlərə söyləyib.
Qeyd edək ki, Ermənistanda koronavirusun yayılmasına qarşı mübarizə məqsədilə martın 16-dan aprelin 14-dək fövqəladə vəziyyət elan edilib. Son rəsmi məlumatlara görə, ölkədə COVID-19-a yoluxma ilə bağlı 372 hal aşkarlanıb, 1 nəfər virusdan ölüb.
Martın 25-dən 31-dək koronavirus səbəbi ilə strateji əhəmiyyətlilər istisna olmaqla, müəssisə və təşkilatların işi müvəqqəti dayandırılıb və vətəndaşların hərəkətinə məhdudiyyətlər tətbiq olunur.

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistanda-koronavirusla-bagli-karantini-pozduguna-gore-2-mine-yaxi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR