17:02 28 Mart 2020
15 Digər
Ölkə mətbuatı
A- A+

Bu həftə Rusiya Bankının (Mərkəzi Bank) valyuta ehtiyatları 29,8 milyard ABŞ dolları və yaxud 5,1% azalıb.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, son nəticədə qurumun valyuta ehtiyatları 581 milyard ABŞ dollarından 551,2 milyard ABŞ dollarına düşüb.
Bu, 2008-2009-cu illərdəki qlobal maliyyə böhranından bəri Rusiya Bankında ən böyük azalmadır. Belə ki, 2008-ci ilin oktyabr ayında valyuta ehtiyatları 30,6 milyard ABŞ dolları, 2009-cu ilin yanvar ayında isə 30,3 milyard ABŞ dolları azalma nümayiş etdirmişdi. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/rusiya-bankinin-valyuta-ehtiyatlari-30-milyard-dollar-azaldi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR