x
Loading...

21:12 28 Mart 2020
13 Digər
Ölkə mətbuatı
A- A+
.

Son iki gündür Nyu-Yorkda hər 17 dəqiqədə koronavirusdan bir sakin vəfat edir.
“Report” xəbər verir ki, bu göstəricini “New York Post” hesablayıb.
Məlumata görə, Nyu-Yorkda koronavirus qurbanlarının ümumi sayı 450 nəfər təşkil edir.
Cons Hopkins Universitetinin hesablamalarına görə, ABŞ-da koronavirusa yoluxanların ümumi sayı 105 min nəfərə çatıb, 1 711 pasiyent ölüb. Nyu-York koronavirus qurbanlarının sayına görə Amerika şəhərləri arasında liderdir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada yeni virusa yoluxanların sayı 510 min nəfəri ötüb, 23 min xəstə ölüb.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/nyu-yorkda-her-17-deqiqede-koronavirusdan-1-nefer-olur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR