.

Almaniyada nazirin meyiti aşkarlandı

Almaniyada nazirin meyiti aşkarlandı
01:57 29 Mart 2020
281 Digər
Ölkə mətbuatı
A- A+
.

Alman siyasətçisi, Hessen federal ərazisinin maliyyə naziri Tomas Şefer ölmüş vəziyyətdə aşkarlanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Die Welt” qəzeti məlumat yayıb.
Məlumata görə, nazirin meyiti Hokkaym-am-Mayn şəhərində, dəmir yolunda tapılıb.


İstintaq nazirin intihar etməsi qənaətinə gəlib. Şefer Hessenin baş naziri Folker Bufenin mümkün varislərindən biri hesab edilirdi. O, 2010-cu ilin avqustundan regionun maliyyə naziri vəzifəsini tuturdu. Tomas Şefer Xristian-demokrat ittifaqının üzvü idi.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/almaniyada-nazirin-meyiti-askarlandi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR