02:17 29 Mart 2020
18 Digər
Ölkə mətbuatı
A- A+
.

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.
“Report”un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.
Qızıldaş qəsəbəsində sərnişin avtobusu digər avtomobillə toqquşub. Qəza nəticəsində iki nəfər – 1965-ci il təvəllüdlü Məmmədov Nazim Oruc oğlu və 1975-ci il təvəllüdlü Nəcəfova Əminə Nəriman qızı xəsarət alıblar. Yaralılar təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar.
N.Məmmədova bədənin müştərək travması, Ə.Nəcəfovaya isə döş qəfəsinin küt travması və qapalı kəllə-beyin travması diaqnozları qoyulub.
Fakt araşdırılır.
Ramin Şahbazov

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-sernisin-avtobusu-qezaya-ugradi-xesaret-alanlar-var57

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR