ÜST: Dünyada koroanvirusa yoluxanların sayı 570 mini ötüb

ÜST: Dünyada koroanvirusa yoluxanların sayı 570 mini ötüb
02:32 29 Mart 2020
187 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyada martın 28-i üçün yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 571 678 nəfərə, ölənlərin sayı isə 26 494 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Hesabata əsasən, sutka ərzində yoluxma hallarının sayı 62 mindən çox, ölüm hallarının sayı isə 3 159 nəfər artıb. Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb - 324 343 yoluxma və 18 740 ölüm halı. Avropa regionunda sutka ərzində 37 646 yoluxma halı, 2 635 ölüm halı qeydə alınıb.

İkinci yerdə Qərbi-Sakit okean regionu qərarlaşıb. Burada martın 28-nə olan məlumatlara əsasən, 101 462 yoluxma halı və 3 592 ölüm halı qeydə alınıb.

Üçüncü yeri Cənubi və Şimali Amerika tutur, burada ümumilikdə 100 314 yoluxma və 1 485 ölüm halı qeydə alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/837270.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR