"Real" oyunçuların maaşlarını azaltmayacaq

"Real" oyunçuların maaşlarını azaltmayacaq
04:12 29 Mart 2020
145 Digər
Ölkə mətbuatı
A- A+

Madrid "Real”ının rəhbərliyi koronavirus pandemiyasına görə oyunçuların və klub personalının maaşlarını azaltmağa hazırlaşmır.
“Report” xəbər verir ki, bu barədə “Cuatro” bildirib.
Klub rəhbərliyi əmindir ki, onlar öz qüvvələri ilə çətin iqtisadi situasiyadan maliyyə itkisi olmadan çıxacaqlar.
“Real”dan fərqli olaraq "Barselona" martın 27-də özünün rəsmi saytında koronavirus pandemiyası ilə əlaqədar bir sıra antiböhran tədbirlərinin qəbulu haqqında bildirib. Klub bütün əməkdaşların iş gününü və buna mütənasib olaraq əmək haqqını da azaldacaq. "Barselona”nın idman obyektləri epidemiya müddətində Kataloniyanın səhiyyə departamentinin ixtiyarına keçəcək.
Bildirilir ki, Katalon klubu koronavirus pandemiyasına görə maliyyə itkilərini hesablayıb və futbolçulara əmək haqlarının 70% azaldılması ilə razılaşmağı təklif edib. Lakin Oyunçuların bir hissəsi bununla razılaşıblar, ancaq bəzi futbolçular buna qarşı çıxıblar.
Koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/real-oyuncularin-maaslarini-azaltmayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR