Çində koronavirus xəstələrinin sayı 81,4 min nəfəri ötdü

Çində koronavirus xəstələrinin sayı 81,4 min nəfəri ötdü
04:27 29 Mart 2020
153 Digər
Ölkə mətbuatı
A- A+

Son gün ərzində Çində yeni koronavirusa yoluxanların sayı daha 45 nəfər artıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi bildirib.
Qeyd edilir ki, ölkədə virusdan daha 5 nəfər ölüb, 477 xəstə sağalıb.
Bütün ölüm halları Xubey əyalətində qeydə alınıb. Lakin son gün ərzində əyalətdə virusa yeni yoluxma qeydə alınmayıb.
Epidemiyanın bütün müddəti ərzində ölkədə virusa yoluxmanın aşkar edilmiş hallarının sayı 81 439-ə çatıb, 3 300 nəfər COVID-19-dan ölüb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cinde-koronavirus-xestelerinin-sayi-81-4-min-neferi-otdu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR