Fransada koronavirusdan ölənlərin sayı 2,3 mini ötüb

Fransada koronavirusdan ölənlərin sayı 2,3 mini ötüb
08:17 29 Mart 2020
143 Dünya
Ölkə mətbuatı
A- A+

Fransada yeni növ koronavirusdan (COVİD-19) ötən sutka ərzində 319 nəfər dünyasını dəyişib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ölkənin Baş Səhiyyə İdarəsindən bildiriblər.

Bildilir ki, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 2314 nəfərə çatıb. Hazırda reanimasiya şöbəsində 4237 nəfər saxlanılır, onların sayı sutka ərzində 486 nəfər artıb.

Fransada koronavirusa yoluxanların sayı 37 575 nəfərə çatıb, hazırda xəstəxanalardan 17 620 xəstə saxlanılır, bu isə ötən sutka ilə müqayisədə 1888 nəfər daha çoxdur.

Ümumilikdə 6624 nəfər sağalıb, ötən sutka ərzində 926 nəfər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/837275.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR